İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ YENİ LAYİHƏLƏR HƏYATA KEÇİRİLƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda elektron imzanın tətbiqi üçün Milli Sertifikat Xidməti Mərkəzinin və Milli Super-Kompyuter Mərkəzinin yaradılması, elektron hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihəyə də baxılır.