İNGİLİS DİLİ ABŞ-IN RƏSMİ DİLİ ELAN OLUNDU
Beləliklə, ABŞ ingilis dilinin rəsmi dövlət dili kimi tanındığı 52-ci ölkədir.
İndiyədək ingilis dili ABŞ-ın rəsmi dili sayılmırdı, hərçənd, konstitusiya, himn və prezidentin andının mətni bu dildədir. Üstəlik, 50 ştatın 27-də ingilis dili rəsmi dövlət dili idi.
Bununla yanaşı, Bi-Bi-Si-nin xəbərinə görə, təklif olunan düzəlişlərdən biri dövlət idarələri əməkdaşlarının ispan dilindən və ya hər hansı digər dildən istifadə etməsini yasaqlamır.
Senat demokrat Ken Salazarın hazırladığı oxşar düzəlişi də bəyənmişdir. Bu düzəliş ingilis dilini “Birləşmiş Ştatların ümumi, birləşdirici dil” elan edir.
Lakin qanunun tənqidçilərinin fikrincə, bu qərar ingilis dilini kifayət qədər bilməyən adamlar barəsində ayrı-seçkiliyə gətirib çıxara bilər.
Hər iki düzəliş qanun layihəsinə daxil ediləcək və Nümayəndələr palatasının müzakirəsinə veriləcəkdir.
Xatırladaq ki, ABŞ-ın rəsmi dilini müəyyənləşdirmək məsələsi bu yaxınlarda qaldırılmışdır. Bir də ona görə ki, Prezident Corc Buş ölkə himninin ispan dilində ifa olunmasının mümkünlüyünə etirazını bildirmişdir. Hərçənd onun xanımı Lora Buş, habelə dövlət katibi Kondoliza Rays belə imkana tərəfdardırlar.