İngiltərədə naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb, 7 nəfər ağır yaralanıb
İngiltərənin Derbi şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yeddi nəfər ağır xəsarət alıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hadisə ilə bağlı 30 yaşlarında bir şəxs saxlanılıb. Məlumata görə, hadisə şənbə günü axşam saat 21:30 radələrində şəhərin “Friar Gate” ərazisində baş verib.
Derbişir polisinin yaydığı açıqlamaya əsasən, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yeddi nəfərə ilkin yardım göstərdikdən sonra onları xəstəxanaya çatdırıblar. Bildirilib ki, zərərçəkənlər müxtəlif dərəcəli ağır xəsarətlər alsalar da, onların həyatları üçün təhlükə yoxdur.
Hadisədən qısa müddət sonra Hindistan əsilli olduğu bildirilən 30 yaşlarında bir şəxs saxlanılıb. O, qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük nəticəsində ağır xəsarətlər yetirmə, həmçinin digər ittihamlar üzrə şübhəli bilinir və hazırda polis nəzarətində saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]