“İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə seminar keçiriləcəkdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 9-da Bakıda gənclər üçün “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə seminar keçiriləcəkdir.
Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcəkdir.
Gənclər Fondundan AZƏRTAC-a bildirmişlər ki, üç gün davam edəcək seminarda gənclərə intellektual mədəniyyət, bilik menecmenti, idarəetmə mədəniyyəti, intellektual kapital, sosial-mədəni inkişaf siyasəti, biliklərə əsaslanan iqtisadiyyat, intellektual inkişaf məsələləri üzrə beynəlxalq təcrübə problemləri üzrə peşəkar biliklər veriləcək, gələcəyin inkişaf ssenarilərinin yaradılması üçün videotəqdimatlar, simulyasiya oyunları, master-klasslar və işgüzar oyunlar keçiriləcəkdir.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə oktyabr ayında start verilən “inkulturasiya” və “akkulturasiya” beynəlxalq proqramları üzrə seminar layihəsi çərçivəsində artıq “Kulturoloji layihələrin idarə olunması”, “Kulturologiya və milli inkişaf” mövzularında seminar-treninqlər keçirilmişdir.
Layihə dekabr ayında başa çatacaqdır. Yekun hesabat-konfransda “Akkulturasiya” kitabının təqdimatı da keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]