ELM VƏ TƏHSİL
İnteqrir bitki mühafizəsi üzrə Milli Fəaliyyət Planının ilkin versiyası müzakirə olunub
![](/files/galleryphoto/2024/1/1200x630/17085119315037318296_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708511931149216290_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17085119314245915081_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17085119313557426431_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17085119325166010823_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708511932263385241_1200x630.jpg)
Gəncə, 21 fevral, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) Aqrar Xidmətlər Agentliyi ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İnteqrir bitki mühafizəsi və yüksək təhlükəli pestisidlərin alternativlərindən istifadə imkanları” adlı seminar təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qlobal Ekologiya Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və daimi üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” regional layihəsi çərçivəsində keçirilən seminarın əsas məqsədi Azərbaycanda inteqrir bitki mühafizəsi yanaşması və inteqrir bitki mühafizəsinin milli səviyyədə təşviqi üçün müxtəlif tərəflərin rollarını aydınlaşdırmaqdır.
Seminarda iştirak edən müvafiq dövlət qurumlarının nümayəndələri, yerli mütəxəssislər, ADAU-nun akademik heyəti və FAO-nun beynəlxalq mütəxəssisləri inteqrir bitki mühafizəsi üzrə Milli Fəaliyyət Planının ilkin versiyasını ətraflı müzakirə ediblər.