İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ “BARMEK”İN MÜRACİƏTİNƏ BAXILMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yaradılmış birgə işçi qrupu məsələni araşdırmış, nəticənin müzakirəsi üçün nazirliyin nümayəndələri və şirkəti təmsil edən xarici və yerli vəkillər arasında görüş keçirilmişdir. Müəyyənləşdirilmişdir ki, “Barmek Holdinq A.Ş.” şirkətinin müraciəti faktlarla əsaslandırılmamışdır. İşçi qrupu şirkəti Azərbaycan Respublikası qanunvericiliyinə və müqavilənin müddəalarına ciddi riayət etməyə, ödəmə öhdəliklərini və investisiya proqramını tam şəkildə yerinə yetirməyə çağırmışdır.
Eyni zamanda, faktlarla əsaslandırılmış müraciət təqdim olunduğu təqdirdə, danışıqların davam etdiriləcəyi bildirilmişdir.