İqtisadiyyat elmi üzrə ilk: UNEC-in jurnalı “Scopus”da
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi fəaliyyət sahəsində növbəti mühüm uğura imza atıb. UNEC-in jurnalı (“Journal of Economic Sciences: Theory and Practice”) nüfuzlu “Scopus” elmi bazasında indekslənib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, bu, son bir ildə UNEC-in “Scopus”a daxil edilən ikinci elmi jurnalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, bununla UNEC Azərbaycanda ilkə imza atıb. Belə ki, "Journal of Economic Sciences: Theory and Practice" iqtisadiyyat sahəsində Azərbaycanın “Scopus”da indekslənən ilk jurnalıdır.
Jurnalın “Scopus” bazasında indekslənməsi elmi məqalələrin qlobal səviyyədə tanınması və qəbul edilməsinin, istinadlarının sayının artmasının bariz nümunəsi olmaqla yanaşı, UNEC tədqiqatçılarının qlobal elmi bazada daha fəal iştirakının və onların tədqiqatlarının keyfiyyətinin elmi standartlara uyğunluğunun beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda, bu nailiyyət son nəticədə qlobal elm məkanında UNEC-in tədqiqat universiteti kimi nüfuzunun artmasına ciddi təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]