İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb
Bakı, 18 aprel, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Gəncədə Samux və Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşlarla görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:14]
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO
- 04.06.2026 [18:12]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 04.06.2026 [18:05]
Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq
- 04.06.2026 [17:47]