İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edəcəkdir
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Gədəbəy Rayon Mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (050) 395 91 97, (022) 256 02 32, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.