İqtisadiyyat və sənaye nazirinin Gədəbəydə vətəndaşların qəbulunun vaxtı dəyişmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Gədəbəydə vətəndaşların noyabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı noyabrın 23-nə keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün saat 10-dan etibarən Gədəbəy rayon mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaq qəbulda nazir Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcəkdir.
Qəbula gəlmək istəyənlər nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), 050 315-18-17 nömrəli telefonlar, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqə telefonu: 050 395 91 97; 022 256 02 32) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, qəbula nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də yazılmaq mümkündür.