İQTİSADİYYATIMIZA KREDİT QOYULUŞLARI 3356 MİLYARD MANAT OLMUŞDUR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz çoxdur. Bunun 270 milyard manatı və ya 8,1 faizi vaxtı ötmüş kreditlərin payına düşür.
Kreditlərin 2369,3 milyard manatı (70,6 faiz) qısamüddətli, 986,7 milyard manatı (29,4 faizi) isə uzunmüddətlidir.
Dövlət bankları iqtisadiyyata 1505,9 milyard manat (44,9 faiz), özəl banklar 1478,6 milyard manat (44,1 faiz), qeyri-bank kredit təşkilatları isə 371,5 milyard manat (11 faiz) kredit qoymuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar iqtisadiyyatımıza 507,1 milyard manat yönəltmişlər ki, bu da ümumi kapital qoyuluşunun 15,1 faizidir. Yüz faiz xarici kapitalla işləyən banklar 102,7 milyard manat kredit vermişlər.
Kreditlərin 1120 milyardı (33,4 faiz) manatla, 2236 milyardı (66,6 faizi) isə valyuta ilə verilmişdir.
Bunun 845,8 milyard manatı (25,2 faiz) dövlət sektoruna, 2510,2 milyard manatı (74,8 faiz) isə özəl sektora yönəldilmişdir.