İran Prezidenti Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirib
Tehran, 16 noyabr, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana ilk rəsmi səfərinin nəticələri haqqında açıqlama verərək əldə edilən razılaşmaların hər iki dövlət üçün faydalı olacağını bildirib.
Həsən Ruhani qeyd edib ki, son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevlə dörd dəfə görüşüb. Bu görüşlər İran ilə Azərbaycanın qarşılıqlı faydalı əlaqələrinin inkişafına xidmət edib.
Bakıda yüksək qonaqpərvərliklə qarşılandığını deyən Prezident müxtəlif sahələr üzrə aparılan danışıqların və imzalanan sənədlərin tərəflər üçün səmərəli olduğunu vurğulayıb. Danışıqların konstruktiv və dostluq şəraitində aparıldığını qeyd edən Həsən Ruhani İran ilə Azərbaycan arasında enerji, nəqliyyat, ticarət, gömrük, ekologiya sahələrində və regional təhlükəsizlik məsələlərində razılığın əldə edildiyini bildirib.
Prezident iş adamlarının fəaliyyəti və qarşılıqlı investisiyalar üçün şərait yaradıldığını da diqqətə çatdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:55]
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 09.06.2026 [09:33]