Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN BƏYANATI

-Bismillahir-rəhmanir-rəhim!

Mən çox xoşhalam və təşəkkür edirəm ki, bizə belə bir fürsəti yaratdılar. Mən Azərbaycan Respublikasının möhtərəm Prezidenti, yaxın dostum cənab İlham Əliyevin dəvəti əsasında qardaş və dost ölkəni ziyarət edirəm.

Azərbaycan və İran xalqları müştərək tarix, din və sivilizasiyaya sahibdirlər. Azərbaycanın istiqlaliyyətinin əvvəlindən bizim davamlı və günbəgün genişlənən əlaqələrimiz olubdur. İran İslam Respublikasının dost Azərbaycan ilə əlaqələrini genişləndirməsi üçün qəti siyasəti və möhkəm iradəsi vardır. Allaha şükürlər olsun ki, bizim əlaqələrimiz çox yaxşı səviyyədədir. Amma hər iki tərəf etiraf edir ki, əlaqələrimizin genişlənməsi, indiki vəziyyətdən daha yüksək səviyyəyə çatması üçün bizim potensialımız və gücümüz vardır. Bu günə qədər bizim aramızda müxtəlif sazişlər, sənədlər imzalanıb və icra olunubdur.

Bu gün də mühüm sazişlər və sənədlər imzalandı. Bunların hər biri qardaşlıq əlaqələrinin genişləndirilməsi üçün mühüm addımdır. Biz müzakirələrimizdə regional və beynəlxalq məsələlər barədə danışıqlar apardıq. Müzakirələr göstərdi ki, bizim düşüncələrimiz, mövqelərimiz bir-birinə çox yaxındır və müştərəkdir. Biz istəyirik ki, siyasi, iqtisadi və bütün sahələrdə əlaqələrimiz genişlənsin və güclənsin.

Bundan əlavə, neft, qaz, energetika, neft kimyası, ticarət, nəqliyyat, mühəndis mübadiləsi sahələrində və ixracatda əlaqələrin inkişafı üçün potensial imkanlar çoxdur. Ekspertlər bu barədə araşdırmalar aparırlar və bunların həyata keçirilməsi üçün səylə çalışırlar.

Bizim mövqeyimiz belədir ki, ölkələr arasında münaqişələr və problemlər gərək ədalət, qanun çərçivəsində və danışıqlar əsasında həll olunmalıdır. Bəziləri çalışırlar ki, münaqişə yaratsınlar. Münaqişələrin həllində zorakılıq və kobud metodlardan istifadə edirlər. Onlar sülh, sabitlik və əmin-amanlıq istiqamətində hərəkət etmirlər. Biz Azərbaycanın mövqeyini ədalət məntiqi və prinsipi əsasında dəstəkləyirik və deyirik ki, bu münaqişə danışıqlar yolu ilə və ədalət prinsipi çərçivəsində həll olunmalıdır.

Biz regional və beynəlxalq məsələlər barəsində danışıqlar apardıq. Bizim çox məsələlərdə mövqeyimiz oxşardır. Mən cənab Prezident İlham Əliyevi Xəzəryanı ölkələrin zirvə toplantısında iştirak etmək üçün İran İslam Respublikasına dəvət etdim. Ümid edirik ki, bu zirvə toplantısı Xəzəryanı ölkələrin müştərək maraqlarının təmin olunmasında böyük rol oynayacaq, məsələlərin həllinə və Xəzəryanı ölkələrin potensialından düzgün istifadə olunmasına təkan verəcəkdir.

Mən bəyan edirəm ki, İran İslam Respublikası Azərbaycan Respublikasının inkişafını qətiyyətlə dəstəkləyir. Biz istəyirik ki, qonşu ölkə - Azərbaycan daha sürətlə inkişaf etsin. Biz buna çox maraqlıyıq. Əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində hər iki tərəfin iradəsi ciddidir.

Mən cənab İlham Əliyevə təşəkkür edirəm ki, bizi dəvət etdi və çox mehribanlıqla qarşıladılar. Bir daha bəyan edirəm ki, biz yaxın dostuq, xalqlarımızın dostluğunun rəmzi və nümayəndəsiyik. Biz gərək fəaliyyətimizi və gücümüzü xalqlarımızın yaxınlığına yönəldək.

Bizi mehribanlıqla qarşılamağınıza və göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Qeyd edirəm ki, cənab İlham Əliyevin Tehrana və mənim Bakıya səfərim iki ölkə arasındakı dostluğun inkişafına təkan verəcək və regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edəcəkdir.

(Dövlət başçılarının bəyanatları diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X  X  X

Sonra Azərbaycan və İran prezidentləri jurnalistlərin suallarına cavab verdilər.

-Mənim sualım Azərbaycan Prezidentinədir. Cənab Prezident, iki ölkə arasında indiki əlaqələrin və münasibətlərin səviyyəsi necədir və Siz xüsusilə neft və enerji sahəsində münasibətlərin daha da genişləndirilməsi üçün nə təklif edirsiniz?

İLHAM ƏLİYEV: Biz ikitərəfli münasibətlərdən çox razıyıq. Bu münasibətlər bayaq qeyd olunduğu kimi, dərin, tarixi, mədəni, dini köklər əsasında qurulur. Bugünkü münasibətlərin səviyyəsi çox yüksək qiymətləndirilir. Halbuki, iqtisadi sahədə potensialdan tam şəkildə istifadə edilmir. Biz hesab edirik ki, qarşılıqlı ticarəti kəskin şəkildə artıra bilərik. Düzdür, 2007-ci ildə qarşılıqlı ticarətin həcmi təxminən 60-70 faiz artmışdır. Bu, çox böyük irəliləyişdir. Amma potensial bundan da böyükdür və bu gün konkret layihələr geniş şəkildə müzakirə olunmuşdur.

Bu gün imzalanmış sənədlər icra olunduqda əlavə imkanlar yaradacaq və əlbəttə ki, biznes aləminin fəaliyyəti, müştərək komissiyanın fəaliyyəti və investisiya şirkətlərinin öz aralarında yaranan münasibətləri ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün çox gözəl imkan yaradacaqdır.

Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr də çox yüksək səviyyədədir.

Bizim aramızda bütün məsələlərdə tam anlaşma var. Biz bir-birimizi dəstəkləyirik, bir-birimizin mövqeyini müdafiə edirik. Belə də olmalıdır. İki qonşu, dost, qardaş xalqlar, əsrlər boyu bir yerdə yaşamış xalqlar əlbəttə, indiki şəraitdə də bir-birinə daim dəstək olmalı, bir-birinə daim diqqət göstərməlidirlər.

Energetika sahəsində artıq kifayət qədər böyük həcmdə işlər görülür. İmişli-Parsabad elektrik xətlərinin birləşməsi bizə imkan verəcək ki, il ərzində 700 meqavat gücündə elektrik enerjisi mübadiləsi aparılsın. Hörmətli Prezident Mahmud Əhmədinejad təxminən iki il bundan əvvəl Naxçıvana gəlmişdi və biz orada İrandan Naxçıvana təbii qazın verilməsini bərabər qeyd etdik, qaz məşəlini birlikdə yandırdıq. Beləliklə, Ermənistan Naxçıvanı mühasirəyə aldığına görə, 13 il fasilədən sonra naxçıvanlılar təbii qazla təmin olundular. İndi o layihənin ikinci mərhələsi icra olunur və belə olan halda Naxçıvan tam şəkildə qazla təmin oluna bilər.

Digər layihələr mövcuddur, o cümlədən neft-qaz sahəsində qarşılıqlı ticarətin təşviq olunması və müştərək layihələrin həyata keçirilməsi, xarici bazarlara birgə çıxış və bu sahədə əməkdaşlığın dərinləşməsi - bütün bunlar həm ölkələrimiz üçün lazımdır, həm də regional əməkdaşlığa da çox güclü təkan verəcək və regional təhlükəsizliyə də öz töhfəsini verəcəkdir.

Biz əməkdaşlıq edirik. Biz bir-birimizi dəstəkləyirik. Biz istəyirik ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, xalqlarımız yaxşı yaşasınlar, rifah olsun və insanlar normal şəraitdə yaşasınlar. Bunu etmək üçün əlbəttə ki, biz səylərimizi birləşdirməliyik. Bunu etmək üçün bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da fəal işləməliyik və belə bir niyyət var. Bu gün aparılan danışıqlar zamanı bir daha hiss olundu ki, bu qarşılıqlı niyyət çox güclüdür və bizə imkan verəcək ki, istənilən məsələni tezliklə həll edək.

-Mənim sualım İran Prezidentinədir. Cənab Prezident, iki ölkə arasında, xalqlarımız arasında möhkəm bağlılıq var. Məhz bu baxımdan iki ölkə arasında humanitar sahədə əməkdaşlığın konkret perspektivlərini nədə görürsünüz?

MAHMUD ƏHMƏDİNEJAD: Mən sizə təşəkkür edirəm. Cənab Prezident iki ölkənin müştərək mövqeyini bəyan etdi. Bu gün bizim əlaqələrimiz, xüsusilə siyasi sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir və çalışırıq ki, həm siyasi sahədə, həm də iqtisadi sahədə əlaqələrimizi və əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıraq. Bizim nöqteyi-nəzərlərimiz çox oxşardır və müştərəkdir. Bizim hər ikimiz müstəqilliyə, insanların izzətinə, kəramətinə və şərafətinə, eləcə də sülh, əmin-amanlıq və təhlükəsizliyə, bütün xalqlara ehtiram və hörmətlə yanaşırıq. Biz qanunun adil və bərabər şəkildə icrasını istəyirik. Biz düşünürük ki, bütün xalqların rifah, azadlıq, əmin-amanlıq şəraitində yaşamasına və bərabər hüquqlara malik olmasına haqları vardır. Biz bu ideyalara qarşı zorakılıq metodundan istifadə edilməsini pisləyirik və onlarla müxalifətdəyik. Biz hesab edirik ki, gərək bütün xalqlar, dövlətlər qanun və ədalət əsasında bir-biriləri ilə dostluq əlaqələri qursunlar.

Bizim ölkələr arasındakı mədəniyyət, insani, humanitar, elm və təhsil sahələrində əlaqələrimiz çoxdan başlanıbdır. Bizim ciddi iradəmiz vardır ki, bu əməkdaşlığımızı yüksək səviyyəyə qaldıraq. Elmi, mədəni təcrübələrimizi bir-birimizlə mübadilə edək. Bizim təcrübə mübadiləmiz xalqlarımızın xeyrinədir. Biz bütün xalqların hüquqlarını, bütün insanların hüquqlarını bütün sahələrdə ehtiva edirik. Beynəlxalq təşkilatlarda bizim mövqeyimiz çox aydın və müştərək mövqedir. Bizim xalqların mədəniyyətinin və hüquqlarının qorunması sahəsində mövqeyimiz çox aydındır. Düşünürəm ki, bizim tutduğumuz mövqe çox yaxşıdır.

Uzunmüddətli əlaqələrimiz möhkəm əsaslar üzərində qurulubdur və inşallah, bu əsasların üzərində yeni binalar tikiləcəkdir. Mən yaxşı dostum cənab İlham Əliyevə və onun əməkdaşlarına bir daha təşəkkür edirəm və buradan əziz, hörmətli, imanlı, vəfalı və qonaqpərvər Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram. Onlara cansağlığı, Azərbaycan dövlətinə inkişaf, günbəgün artan izzət, şərafət və başucalığı diləyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb