DÜNYA
İrana qarşı bəzi sanksiyalar ləğv edilib
Tehran, 11 iyun, AZƏRTAC
İranın 3 rəsmi şəxsinə və neft sahəsində fəaliyyət göstərən 2 şirkətinə qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Bu şəxslər və şirkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə ittiham edilirdilər. Lakin sonradan müəyyən edilib ki, həm rəsmi şəxslər, həm də şirkətlər sanksiyalara görə davranışlarını dəyişiblər. Onlar SEPAH ilə əlaqələrini minimum səviyyəyə endiriblər.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə bəyan edib ki, bəzi sanksiyaların ləğvi rəsmi Vaşinqtonun nüvə razılaşmasına qayıtmaq iradəsini göstərir.
İran rəsmiləri hələ ki, bu məsələyə münasibət bildirməyiblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]