İranda əhaliyə peyvənd vurulmasının ikinci mərhələsi başlayıb
Tehran, 24 fevral, AZƏRTAC
Son sutka ərzində İranda koronavirusa 8 min 270 nəfər yoluxub, 73 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 598 min 875 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 736-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 705 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 365 min 253 xəstə sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, İranda əhaliyə peyvənd vurulmasının ikinci mərhələsi başlayıb. Birinci mərhələdə tibb işçiləri, müharibə veteranları və yaşlılara peyvənd vurulub. İkinci mərhələdə polis və hərbçilər peyvənd olunacaq. İran öz vaksinini istehsal etməyincə peyvəndi xaricdən almağa davam edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]