İRANDA IV BEYNƏLXALQ SƏRGİ KEÇİRİLƏCƏKDİR
Azərbaycanın iş adamları İran Dəniz Məhsullarının İxracatının İnkişafı Fondunun yanvarın 24-27-də Kiş azad ticarət zonasında keçirəcəyi IV Beynəlxalq sərgidə iştirak edəcəklər.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, balıqçılıq, suda yaşayan heyvanların yetişdirilməsi və dəniz qida məhsullarına həsr edilmiş sərgidə dəniz nəqliyyatı, gəmiçilik, üzən obyektlər, su motosikletləri, soyuducu, havaverici qurğular və digər avadanlıq da nümayiş etdiriləcəkdir.