İRANDAN ALINAN QAZIN HƏCMİ ARTACAQDIR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əldə edilən ilkin razılaşmalara müvafiq olaraq, İrandan respublikamıza 1 milyard kubmetr qaz idxal edilməsi üçün texniki layihələndirmə işlərinə başlanmışdır. Layihənin icrası Rusiyadan alınan qazın həcminin 1 milyard azaldılaraq 3,5 milyard kubmetrə endirilməsinə imkan yarada bilər. Bununla bağlı iki ölkə arasında məsləhətləşmələr davam edəcəkdir.
Gələcəkdə İrandan alınacaq qazın ilk növbədə Əli Bayramlı DRES-in yanacağa olan tələbatının ödənilməsinə sərf edilməsi nəzərdə tutulur.
Yeni layihə Naxçıvana verilən qazın həcminə təsir göstərməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]