İranın hərbi gəmiləri Bakı limanını tərk edib
Bakı, 13 avqust, AZƏRTAC
“Dəniz kuboku-2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən” və “Peykan” raket katerləri avqustun 13-də Bakı limanını tərk edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.