“İRƏLİ” İCTİMAİ BİRLİYİ REGİONLARDA GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ HƏYATA KEÇİRİR
Qax, 7 iyul (AZƏRTAC). “İrəli” İctimai Birliyi regionlarda yeniyetmə və gənclərin, xüsusilə gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, habelə HP, YUMROO, “Microsoft” və “Bestcomp” şirkətlərinin dəstəyi ilə “İnformasiya Texnologiyaları Akademiyası” adlı yeni layihənin həyata keçirilməsinə başlamışdır.
Bir il ərzində iki mərhələ üzrə davam edəcək layihə çərçivəsində təlimlərə ümumilikdə 50 min nəfərə yaxın yeniyetmə və gənc cəlb olunacaqdır.
İyulun 6-da Qax Rayon Mədəniyyət Evində tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olmuşdur.
Sonra şəhər 2 nömrəli məktəb-liseydə layihənin ilkin mərhələsinin təlimlərinə start verilmişdir. İyulun 11-dək davam edəcək bu təlimlərdə 140 yeniyetmə və gənc iştirak edir. Təlimlərin yekununda fərqlənmiş iştirakçı-müəllimlərdən ibarət “İnformasiya texnologiyaları qrupu” yaradılacaqdır. Həmin qrup layihənin 2-ci mərhələsində təlimlərin keçirilməsini təmin edəcəkdir. Ümumiyyətlə, layihə çərçivəsində bir il ərzində Qax rayonu üzrə 1200 nəfərə yaxın gəncin təlimlərə cəlb olunması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]