İRLANDİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM MERİ MAKALİSƏ
Hörmətli xanım Prezident,
İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 mart 2010-cu il.