MƏDƏNİYYƏT
İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyi də qoşulub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşları “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd ediblər.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev-Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.