İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam etdirilir
Bakı, 5 mart, AZƏRTAC
“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo” artıq Şuşada yaşayan vətəndaşlarımızın da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək.
“Bunun üçün vətəndaşlar https://postcargo.az/ saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər. Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur”, - deyə məlumatda bildirilib.
Şuşa Poçt Filialı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Xidmətləri Mərkəzində yerləşir. Xidmət həftəiçi saat 09:00-dan 17:00-dək, həftəsonu isə saat 09:00-dan 16:00-dək müştərilərin xidmətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]
AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO
- 10.06.2026 [14:48]