Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş Zəngilanın aqrar potensialı - TƏHLİL

İşğaldan azad olunmuş Zəngilanın aqrar potensialı - TƏHLİL

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək bir çox yaşayış məntəqələrimiz kimi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 44 kəndi də düşməndən azad olunub. 1993-cü ilin oktyabrından işğal altında olan Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb.

AZƏRTAC kənd təsərrüfatı sahəsi üzrə ekspert Ramil Alıyevin Zəngilanın aqrar potensialı barədə qeydlərini təqdim edir.

Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır.

Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər. və s kimi faydalı qazıntılar var.

Rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Ərazisindən axan çayların bol sulu olmasına görə sakinləri həm bir illik, həm də çoxillik bitkiləri əkə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm əkilirdi. Yayı isti, qışı mülayim olan rayonda otlaq sahələrinin geniş olmasına görə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilmişdi.

Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 17704 olan iribuynuzlu heyvanların sayı, 1985-ci ildə 20317-ə yüksəlmiş və 1988-ci ildə isə 19131 olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 51210, o cümlədən 41338 qoyun, 9872 keçi, 1985-ci ildə isə 33441, o cümlədən 25299 qoyun, 8142 keçi, 1988-ci ildə isə 34550, o cümlədən 25539 qoyun, 9011 keçi olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 1724, 1880, 1980 ton və kəsilmiş çəkidə isə uyğun olaraq 1001, 1084, 1139 ton təşkil etmişdir. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 9973, 7943 və 9165 ton olmuşdur. Yun istehsalı müvafiq olaraq 71, 47 və 54 ton və yumurta istehsalı isə 2554, 3292 və 3617 min ədəd təşkil etmişdir. Statistik məlumatlara əsasən deyə bilərik ki, heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Bitkiçilik üzrə rəsmi statistik məlumatlara əsasən, taxıl istehsalında 1980-ci ildə 1526 hektar sahədə payızlıq və yazlıq buğda əkilmiş və 1857 ton məhsul əldə edilmişdir. 1985-ci ildə sahə 1488 hektar, yığılmış məhsul isə 3111 ton olmuşdur. 1988-ci ildə isə 1583 hektar sahədən 3793 ton buğda istehsal edilmişdir. Payızlıq və yazlıq arpa 1980-ci ildə 214 hektar ərazidən 329 ton, 1985-ci ildə 225 hektar ərazidən 600 ton, 1988-ci ildə isə 346 hektar ərazidən 829 ton məhsul yığılmışdır. Dənli və dənli paxlalılar isə 1980-ci ildə 1813 hektar sahədə əkilmiş və 2186 ton məhsul toplanmışdır. 1985-ci ildə 1747 hektar sahədən 3722 ton, 1988-ci ildə isə 1929 hektar sahədən 4622 ton məhsul istehsal edilmişdir. Tütün isə 1980-ci ildə 381 hektar sahədən 1232 ton, 1985-ci ildə 369 hektar sahədən 1313 ton, 1988-ci ildə 359 hektar sahədən 1272 ton məhsul toplanmışdır. Rayon üzrə ən çox istehsalına üstünlük verilən isə üzümdür. 1980-ci ildə 4573 hektar sahədən 15429 ton, 1985-ci ildə 3841 hektar sahədən 26165 ton, 1988-ci ildə isə 2391 hektar sahədən 16322 ton məhsul istehsal edilmişdir.

1988-ci ilin statistik məlumatlarına əsasən, Zəngilan rayonunun cəmi əkin sahəsi 6726 hektar olmuş və 26375 ton fərqli məhsul istehsal edilmişdir. Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub, istər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Qarabağın, o cümlədən Zəngilanın işğaldan azad olunduqdan sonra ölkəmizin kənd təsərrüfatında əhəmiyyətli rolu olacaqdır.

Aşağıdakı cədvəldə ölkə üzrə kənd təsərrüfatının müxtəlif sahələrində 2019-cu ildə olan istehsal və Zəngilan rayonunun həmin məhsullar üzrə potensial istehsal imkanları və ölkə üzrə həmin istehsalın artırılmasındakı payı göstərilib. Cədvəl Zəngilan rayonunda kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsindən sonra bu sahə üzrə ölkəmizə verəcəyi faydanı əks etdirir.

№

Adı

Ölkə üzrə cəmi  (2019)

Zəngilan rayon üzrə  (1985)

Zəngilan rayonunda kənd təsərrüfatı fəaliyyətinin bərpasından sonra ölkə üzrə göstəricilərdə artım, %-lə

1

Əkin sahəsi (ha)

1717054

6726

0.39

2

İribuynuzlu heyvan sayı (baş)

2646629

20317

0.77

3

Xırdabuynuzlu heyvan sayı (baş)

8189223

33441

0.41

4

Diri çəkidə ət istehsalı (ton)

573300

1880

0.33

5

Kəsilmiş çəkidə ət istehsalı (ton)

335719

1084

0.32

6

Süd istehsalı (ton)

2150817

7943

0.37

7

Yumurta istehsalı (ədəd)

1827072

3292

0.18

8

Yun istehsalı (ton)

16095

471

2.93

9

Buğda (ton)

2171490

3111

0.14

10

Arpa (ton)

1015539

600

0.06

11

Dənli və dənli paxlalılar (ton)

3538489

3722

0.11

12

Tütün (ton)

6038.6

1313

21.7

13

Üzüm (ton)

201842.4

26165

13.0

Rayonun cəmi əkin sahəsi ölkə üzrə əkilən torpaqların cəmi 0,4 faizinə bərabərdir. Zəngilanın işçi qüvvəsi və iqlim resurslarından çox məhsuldar şəkildə istifadə edildiyi yuxarıdakı cədvəldən aydın görünür. Əsasən tütün və üzüm istehsalı üzrə ixtisaslaşan rayonda, tütünün istehsalının bərpa edilməsindən sonra ilk illərdə təqribən 22 faiz, üzümdə isə təqribən 13 faiz artım müşahidə ediləcək. Digər bitkilərdən arpa, buğda və dənli, dənli paxlalı bitkilərin əkinindən isə təqribən 0,1 faiz artım müşahidə oluna bilər. İribuynuzlu heyvandarlığın bərpa edilməsi ilə bu sahədə 0,8 faiz, xırdabuynuzlu heyvandarlıqda isə 0,4 faiz artım gözlənilə bilər. Bu sahələrə müvafiq olaraq, diri və kəsilmiş çəkidə ət istehsalı 0,3 faiz və yun istehsalında isə təqribən 3 faiz artım olacaq. Süd və yumurta istehsalında müvafiq olaraq 0,4 və 0,2 faiz artım proqnozlaşdırılır.

1985-ci ildən 35 il kimi çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Zəngilan rayonu da bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.

Torpaq sahəsinə görə ən kiçik rayonlardan olan Zəngilanın kənd təsərrüfatı üzrə istehsal göstəricilərinin təqdim edilməsindən aydın olur ki, keçən 30 il ərzində Qarabağın işğal altında olması ölkə üçün nə qədər böyük ziyana səbəb olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub