İSLAM KƏRİMOV ÖZBƏKİSTAN PAMBIQÇILARINI BOL MƏHSUL MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
AZƏRTAC Özbəkistan dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident İslam Kərimov pambıqçıları əmək qələbəsi – 3600 min ton pambıq yığılması münasibətilə təbrik etmişdir. Təbrikdə deyilir ki, bu nailiyyət Özbəkistan pambıqçılığı tarixində yeni parlaq səhifədir. Məhsulun hamısı yüksək növlə təhvil verilmişdir.
2005-ci ildə 1 milyon 400 min hektar sahədə pambıq əkilmişdi. 2001-ci ildə ümumi məhsulda fermerlərin payı 20,6 faiz idisə, bu il həmin göstərici 70 faizə çatmışdır.
Özbəkistan pambıq ixracına görə dünyada ABŞ-dan sonra ikinci, istehsalına görə isə altıncı yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]