İsmayıllıda və Siyəzəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 5 noyabr (AZƏRTAC). İsmayıllı rayonunun İvanovka kəndində rayon sakinləri Vahab Vahidlinin və Elsevər Mirzəliyevin idarə etdikləri “VAZ-2174” və “VAZ-21061” markalı nəqliyyat vasitələri toqquşmuşdur. Xəsarət almış hər iki sürücü və V.Vahidlinin sərnişini - rayonun Hacıhətəmli kənd sakini Elşad Şirəliyev xəstəxanaya yerləşdirilmişlər.
Siyəzən rayonunda paytaxt sakini Ariz Ağamalıyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınla Siyəzən rayon sakini Elmar Ağayevin sürdüyü “KAVZ-3270” markalı avtobus toqquşmuşdur.
Xəsarət almış hər iki sürücü və E.Ağayevin avtomobilindəki sərnişinləri xəstəxanaya yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]