İspaniya Brexit baş verən təqdirdə 400 min britaniyalını evlə təmin etməyi planlaşdırır
Madrid, 1 mart, AZƏRTAC
İspaniya britaniyalı rezidentlərin ölkədə yaşamasını qanuniləşdirəcək. Bu, hətta hazırda daimi qeydiyyatda olmayanlara da aid ediləcək.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, İspaniya hökuməti təqribən 400 min britaniyalıya yeni icazələr verəcək. Bu, Britaniyanın gözlənilmədən Avropa İttifaqını tərk edəcəyi və britaniyalı rezidentlərin “göydən asılı” vəziyyətinə düşməsinin baş verəcəyi təqdirdə tətbiq olunacaq. Bu, fövqəladə hallar zamanı fəaliyyət planına daha çox təsir edən tədbirlərdən biri kimi bu gün Nazirlər Şurası tərəfindən təsdiqlənəcək.
Kral dekret-qanunu Cəbəllütariq üçün gözlənilən bütün üstünlüklərə şamil edilir. Sənəddə açıq-aydın göstərilir ki, İspaniya gələcəkdə London və Brüssel arasındakı hər hansı bir sazişdə Britaniya müstəmləkəsinin vəziyyətinə veto qoymaq hüququna malik olacaq. Britaniya şirkətlərinin və vətəndaşlarının İspaniyada status-kvosunun müddətini hər hansı yolla uzadan bütün qərarlar əsas tələblərə tabe olur: Birləşmiş Krallıq da İspaniyaya qarşı analoji rejim tətbiq edir.
Bu dekret-qanun İspaniyada məskunlaşan bütün ingilisləri müdafiə edir. Hökumətin dəyərləndirməsinə görə, sənədlər təxminən 400 min vətəndaşa veriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]