İspaniya COVID-19 pandemiyası ilə mübarizədə "stabilləşmə fazası"na daxil olub
Madrid, 1 aprel, AZƏRTAC
İspaniyanın Səhiyyə naziri Salvador İlla ölkənin COVID-19 pandemiyası ilə mübarizədə "stabilləşmə fazası"na daxil olduğunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, nazir son göstəriciləri sadalayaraq martın 15-dən 25-dək olan dövrdə təsdiqlənmiş yoluxma hallarının gündəlik artımının 20 faiz təşkil etdiyini və hazırda 12 faizə bərabər olduğunu vurğulayıb. "Görülən tədbirlər öz nəticəsini verir və bu həftənin hədəfi azaltmanı davam etdirməkdir", - deyə S.İlla bildirib.
Qeyd edək ki, indiyədək İspaniyada 94417 nəfər COVID-19 virusuna yoluxub, 19259 nəfər bu xəstəlikdən sağalıb, 8189 nəfər isə yoluxma nəticəsində dünyasını dəyişib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]