İspaniya Kral Kubokunun finalında “Barselona” ilə “Alaves” üz-üzə gələcək
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da futbol üzrə İspaniya Kral Kubokunun digər finalçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin yarımfinalında “Selta Viqo”nu 1:0 (ilk oyun 0:0) hesabı ilə məğlub edən “Alaves” komandası finala vəsiqə qazanıb. “Alaves”in finala yüksəlməsini təmin edən yeganə qolu matçın 82-ci dəqiqəsində Edqar Antonio Mendez vurub.
Turnirin digər finalçısı ötən gün “Atletiko Madrid”i mübarizədən kənarlaşdıran “Barselona”dır. Səfərdə - Madriddə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar “Nou Kamp”da 1:1 hesablı heç-heçə edərək finala yüksəliblər.
İspaniya Kral Kubokunun final matçı mayın 27-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]