DÜNYA
İspaniya meşə yanğınları ilə mübarizə aparan Türkiyəyə təyyarələr göndərəcək
Bakı, 2 avqust, AZƏRTAC
İspaniya miqyaslı meşə yanğınları ilə üzləşən Türkiyəyə üç təyyarə göndərəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün nəqliyyat təyyarəsi, sabah səhər saatlarında isə iki amfibiya təyyarəsi Muğla əyalətinin Dalaman şəhərinə çatmalıdır. Həmçinin İspaniyadan Türkiyəyə 27 hərbçi - 22 ekipaj üzvü və fövqəladə vəziyyətlər üzrə hərbi dəstənin beş mütəxəssisi gələcək.
Bir qədər əvvəl Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli son günlər regionda 125 meşə yanğınının söndürüldüyünü, Antalya və Muğla əyalətlərində isə yeddi yanğının hələlik nəzarət altına almağın mümkün olmadığını bildirib. Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, yanğın nəticəsində ölənlərin sayı səkkiz nəfərə, zərər çəkənlərin sayı 864 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]