İspaniyada 11744 insan koronavirusdan həlak olub, sağalanların sayı 34000-dən çoxdur
Madrid, 4 aprel, AZƏRTAC
İspaniyada koronavirusdan ölmüş insanların sayı bu şənbə günü 11744-ə çatıb.
AZƏRTAC xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin bu şənbə günü verdiyi məlumatlara əsasən, koronavirusdan sağalmış insanların sayı 34219-a bərabərdir.
Səhiyyə Nazirliyinin hesabatına əsasən, son 24 saat ərzində COVID-19-dan 809 insan həlak olub. Bu, son səkkiz gündə ən aşağı göstəricidir. Yeni yoluxma hallarının sayı 7026-ya bərabər olub ki, bu da martın 25-dən bəri ən aşağı rəqəmdir. Rəsmi məlumatlara əsasən, İspaniyada 124736 infeksiya aşkar edilmişdir.
Bununla belə, İspaniya hökuməti karantinin rejiminin aprelin 26-dək uzadılması haqqında məsələnin müzakirəsinə başlayıb. Konqres hökumətin bu xahişini aprelin 7-dən sonra keçiriləcək plenar iclasda müzakirə etmək niyyətindədir.
Səhiyyə naziri Salvador İlla bildirib ki, hökumət infeksiyanın yayılmaması üçün bütün əhaliyə hər yerdə maskalardan istifadə etməyi məsləhət görür. Nazir deyib: "Ola bilsin, bu bizim məsləhət görməyə hazırlaşdığımız tədbirlərdən biridir".
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
- 23.06.2026 [12:48]
ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək
- 23.06.2026 [12:44]
Moskva vilayətində raket təhlükəsi elan edilib
- 23.06.2026 [12:34]
Yaponiyada ikinci paytaxt şəhəri olacaq
- 23.06.2026 [12:31]
Uralda qasırğa: 16 nəfər xəsarət alıb
- 23.06.2026 [12:26]
“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb
- 23.06.2026 [12:26]
Litva hökuməti istefa verib
- 23.06.2026 [12:19]