İspaniyada isti hava şəraiti səbəbindən 2 mindən çox insan həyatını itirib
Madrid, 22 avqust, AZƏRTAC
Bu il yayın əvvəlindən avqustun 16-dək İspaniyada 2 min 405 nəfər güclü istilər səbəbindən həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya Milli Ölümə Nəzarət Sistemi məlumat yayıb.
Bildirilib ki, 2024-cü il mayın 15-dən sentyabrın 30-dək ümumilikdə 2 min 12 nəfər istidən ölüb. 2023-cü ildə bu göstərici 3 min 7, 2022-ci ildə isə 4 min 789 olub.
İspaniyada istilərlə əlaqədar həyatını itirənlərin əksəriyyəti yaşlılar, xroniki xəstələr və sosial cəhətdən həssas təbəqələrdən olanlardır. Səhiyyə orqanları əhaliyə günorta saatlarında çölə çıxmamağı, bol su içməyi və sərin məkanlarda qalmağı tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]