Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İSR HOLDİNQ” ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ İSGƏNDƏR XƏLİLOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Əziz və hörmətli qonaqlar!

“Park İnn Azərbaycan” mehmanxanasının açılış mərasiminə təşrif buyurduğunuza görə, “İSR Holdinq” adından hamınıza dərin təşəkkürümü bildirmək istərdim.

Mühüm dövlət işlərindən vaxt tapıb bu mərasimdə iştirak etdiyinə görə, möhtərəm cənab Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm.

Öncədən xüsusi qeyd etmək istəyirəm ki, 1995-ci ildə yaranan şirkətimiz məhz ulu öndərimiz, dahi Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış və on ildə gördüyümüz işlər xalqın gözü önündədir.

Möhtərəm Prezident!

Əziz qonaqlar!

İndi isə 2005-ci ildə gördüyümüz işlər haqqında qısa məlumat vermək istəyirəm. Ötən il ərzində “İSR Holdinq” Göyçay konserv zavodunda yenidənqurma işləri aparmış, zavodu müasir avadanlıqla təmin etmişdir. Hazırda məhsulumuz “Azplodeksport” brendı altında Amerika Birləşmiş Ştatlarında, Almaniyada və digər ölkələrdə satılmaqdadır. Dünya bazarında bu zavodun məhsuluna artan maraq onlarca yeni müqavilələrin bağlanması ilə nəticələnmişdir. Göyçay zavodunun fəaliyyətə başlaması bir növ zəncirvari reaksiya effekti verərək, yeni istehsal sahələrinin açılmasını zəruri etmişdir.

Məsələ ondadır ki, hazır məhsulun ünvan sahiblərinə çatdırılması üçün o, standartlara uyğun taraya yerləşdirilməlidir. Odur ki, qısa bir zamanda holdinq tərəfindən 4700 kvadratmetr sahəsi olan yeni qofro-karton zavodu və plastmas sexi tikilib istifadəyə verilmişdir.

1983-cü ildən işləməyən Neftçala yod-brom zavodu holdinq tərəfindən özəlləşdirilmişdir və hazırda zavoda yeni avadanlıq gətirilərək, intensiv quraşdırma işləri aparılır. İnşallah, 2006-cı ilin sonuna qədər zavodun bir hissəsində hazır məhsulun buraxılması nəzərdə tutulur. Onu da bildirmək istərdim ki, təkcə Göyçay konserv və qofro-karton zavodlarında bu gün 300-dən artıq insan çalışır.

“İSR Holdinq”in diqqətini cəlb edən sahələrdən biri də otel biznesinin inkişafıdır. Bu strateji xəttin uğurla həyata keçirilməsinin sübutu kimi, artıq 6 ildir ki, şəhərin mərkəzində Bakının qonaqlarına xidmət göstərən 5 ulduzlu “Radisson SAS” və “İSR Plaza” biznes mərkəzini nümunə gətirmək istərdim. Bu xətti davam etdirərək, 2004-cü il sentyabrın 15-də Brüssel şəhərində Holdinqə daxil olan “Qlobal invest” kompaniyası və “Rezidor SAS” Otel İdarəetmə Qrupu arasında Bakının mərkəzindəki “Azərbaycan” mehmanxanasının ikinci korpusunun bərpası və işlədilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bakının müasir görünüşünə uyğun gəlməyən mehmanxana qısa bir zamanda indi gördüyünüz vəziyyətə gətirilmişdir.

Qürurla demək istəyirəm ki, yenidənqurma işləri holdinqə daxil olan “İSR İnşaat” müəssisəsi tərəfindən aparılmışdır. Bu işlərə 232 azərbaycanlı və 18 xarici mütəxəssis cəlb edilmişdir və cəmi 10 aya başa çatdırılmışdır.

Açılışında iştirak etdiyiniz mehmanxananın 3-cü mərtəbəsindən 11-ci mərtəbəsinədək Xəzər dənizinə, Milli Parka və şəhərin möhtəşəm yerlərinə baxan 248 yeni otaq yerləşir. Hər otaq fərdi havalandırma, seyf, yüksək sürətli xətsiz internet, radio və peyk antenası ilə işləyən televizorla təmin edilmişdir. Birinci mərtəbədə restoran, bar, qəhvə və lobbi salonları yerləşir. İkinci mərtəbədə qısa və uzunmüddətli istifadə üçün nəzərdə tutulan, ən müasir texniki avadanlıqla təmin olunmuş Biznes Mərkəzinin ofis sahələri, görüş və mərasimlərin keçirilməsi üçün 6 ədəd konfrans salonu, habelə 380 kvadratmetrlik böyük salon yerləşir. Kifayət qədər avtomaşın üçün açıq dayanacaq imkanı yaradılmışdır. Mehmanxanada 150-yə qədər işçi çalışır.

Bu gün Azərbaycanda iqtisadiyyatımızın dirçəlişinə, inkişafına yönəldilən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hər cür şərait vardır. İstəyirəm ki, bu sabitliyin təminatçısı olan, xalqımızın rifahı naminə əlindən gələni əsirgəməyən möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirim.

Əziz qonaqlar!

Mən sizin vaxtınızı çox almaq istəməzdim. Ümid edirəm ki, “İSR Holdinq” tərəfindən istifadəyə verilən istehsalat sahələrinin və mehmanxanaların sırası yaxın gələcəkdə daha da genişlənəcəkdir. Gəldiyinizə görə bir daha təşəkkür edir, Sizi üzümüzə gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il - 2006-cı il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, uzun ömür arzulayıram.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi