İsrail gimnastı dünya kuboku yarışlarında top ilə təsnifat mərhələsinə başçılıq edir
Bakı, 22 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında top ilə təsnifat mərhələsinə İsrail təmsilçisi Daria Atamanov başçılıq edir.
AZƏRTAC xəbər verir ki, gimnastın çıxışı hakimlər tərəfindən 30,450 xalla qiymətləndirilib.
İlk üçlükdə Qazaxıstan gimnastı Eljana Tanıyeva (30,150 xal) və fransalı Mille Millet (28,800) yer alıblar.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]