İSRAİL ŞİRKƏTİ AZƏRBAYCANDA İSTİXANA YARADIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İsrail hökumətinə təqdim olunmuş “Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun təcrübə bazasında şüşə örtüklü qış istixanasının yaradılması” layihəsi və respublikamızda müasir istixanaların qurulması imkanları müzakirə edilmişdir.
Adı çəkilən layihənin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İsmət Abasov əmin etmişdir ki, nazirlik layihənin həyata keçirilməsi prosesində səlahiyyətləri çərçivəsində şirkətə hər cür kömək göstərəcək, İsrail və Azərbaycan arasında aqrar sahədə işgüzar əlaqələrin qurulmasında, əməkdaşlığın genişlənməsində yardımçı olacaqdır.
Eyal Feldman, Azərbaycanın təbii iqlim şəraiti nəzərə alınmaqla, bir neçə istixana modelinin hazırlandığını bildirmişdir. Onun sözlərinə görə, təmsil etdiyi şirkət bəzi texnologiyaların tətbiqini təmənnasız həyata keçirəcəkdir.
Səfir Artur Lenk yaradılacaq istixananın Azərbaycan fermerləri üçün nümunə olacağını vurğulamışdır.