İsrail Yəmənin Qırmızı dənizdəki limanlarına hücum edib
Bakı, 7 iyul, AZƏRTAC
İsrail iyulun 6-sı axşam saatlarında Yəmənin qərbindəki Hodeyda əyalətində yerləşən limanlara bir neçə aviazərbə endirib.
AZƏRTAC xəbər verir ki, şahidlər Yəmənin Qırmızı dəniz sahili boyunca bir neçə yerdə, o cümlədən Hodeyda limanında partlayışların baş verdiyini deyiblər. İsrailin müdafiə naziri İsrael Kats hücumların hədəfinin Hodeyda, Əl-Salif və Ras-İsa limanları, Ras-Katib elektrik stansiyası və husi üsyançılarının 2023-cü ilin noyabrında ələ keçirdiyi “Galaxy Leader” gəmisi olduğunu bildirib.
Bazar günü səhər saatlarında Yəmən ordusu Təl-Əviv şəhərinin Ben-Qurion hava limanına hipersəs raketi atıb.
Qeyd edək ki, son aylar İsrail Yəmənin əsas limanlarına və infrastrukturuna vaxtaşırı zərbələr endirir. Husilər isə Qəzza sektorunda fələstinlilərə dəstək olaraq İsrail ərazisini ballistik raketlərlə atəşə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]