İsraildə 16 yaşdan yuxarı əhalinin təxminən yarısına vaksinin ikinci dozası vurulub
Bakı, 24 fevral, AZƏRTAC
İsraildə 16 yaşdan yuxarı əhalinin 48 faizdən çoxu koronavirus əleyhinə vaksinin ikinci dozası ilə peyvənd olunub.
AZƏRTAC İsrail KİV-lərə istinadla xəbər verir ki, vaksinin ilk dozası 4,5 milyon insana, ikinci dozası isə 3,1 milyon insana vurulub.
Ölkədə vaksinasiyanın kütləvi şəkildə davam etməsinə baxmayaraq, virus sürətlə yayılmağa davam edir. Fevralın 23-də İsrail Nazirlər Kabineti “Purim” bayramı ərzində komendant saatının tətbiqinə icazə verib. Bu il “Purim” fevralın 25-nə təsadüf edir. Komendant saatı cümə axşamı, cümə və şənbə günləri yerli vaxtla axşam saat 20:30-dan səhər saat 5:00-dək davam edəcək.
Worldometer saytının məlumatına görə, ötən sutka İsraildə 4 min 574 nəfər koronavirusa yoluxub, 38 nəfər həyatını itirib. Ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 761 mini ötüb, virus səbəbindən ölənlərin sayı isə 5 min 648 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]