İSTANBULDA BİR BİNADA BAŞ VERMİŞ YANĞIN ZAMANI 7 AZƏRBAYCANLI YARALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 2-də Bakı vaxtı ilə gecə saat 4.30 radələrində İstanbulun Bəyoğlu məhəlləsində binaların birində baş vermiş yanğın zamanı yaralanmış 7 nəfər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişlər. Yaralıların azərbaycanlı olduğu xəbər verilir. Onların dördü uşaqdır.
Bəyoğlu və Fatih yanğınsöndürənləri alovun binanın aşağı mərtəbəsindən başladığını, azərbaycanlı yaralıların isə üst mərtəbədən xilas edildiklərini bildirmişlər. Hazırda yaralıların vəziyyəti ağırdır.