Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstilik effekti yaradan qazlar Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir

İstilik effekti yaradan qazlar Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir

Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,8-1,3 dərəcəyə qədər artıb

 

Bakı, 16 sentyabr, AZƏRTAC

Hazırda bəşəriyyəti narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox təşviş doğurur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. İqlim dəyişikliyinin əsas göstəricisi olan temperaturun artması isə əsasən insan amili ilə bağlıdır. Yəni antropogen fəaliyyətin əsasını təşkil edən karbon, metan, azot oksidləri və xlor-fülor birləşmələri kimi istilik effekti yaradan qazlar Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn istiliyi Yerə buraxır, Yerdən kosmosa yönələn enerjinin - istiliyin qarşısını alır və beləliklə də, bu örtük istixana effektinin yaranmasına səbəb olur.

Son 100 illik kosmik müşahidələr göstərir ki, iqlim dəyişikliyinin nəticəsi kimi tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də tez-tez baş verməsi müşahidə olunur.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Belə ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,8-1,3 dərəcəyə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. İqlim dəyişikliyi, temperaturun artması, şaxtalı və qarlı günlərin sayının azalması son onilliklər ərzində su ehtiyatlarının 15 faiz azalması ilə nəticələnib. Son 30 il ərzində isti dalğalar 14 dəfəyə qədər artıb. Azərbaycanda son 10 il ərzində dolu hadisələrinin sayında 3.2 dəfə, sel hadisələrinin sayında isə xeyli artım müşahidə olunur. 1960-2000-ci illərdə orta hesabla ildə 2-3 hadisə baş verirdisə, son illərdə bu rəqəm 40-50 hadisə olaraq qeydə alınıb.

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verir

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü, hazırda isə bu öhdəlik 40 faizə çatdırılıb.

Belə ki, 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.

İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz) və Yaponiyadır (4 faiz). Azərbaycanın payı isə cəmi 0.15 faiz təşkil edir.

Proqnozlaşdırılan mənfi ssenarilər atmosferə atılan karbon qazının miqdarından asılıdır

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri dedikdə əsas qlobal istiləşmə ön plana çıxır və onunla əlaqədar olan iqlimin digər parametrləri də dəyişir. Əsas parametr isə temperaturdur. Azərbaycanın müxtəlif ərazilərində 1961-1990-cu illə müqayisədə temperaturun təxminən 0,8-1.3 dərəcəyə qədər artımı müşahidə olunur. Eyni zamanda, yağıntılarda da dəyişikliklər var. Əsasən yağıntıların azalması qeydə alınır. Lakin bəzi ərazilərdə, xüsusilə Abşeron yarımadasında yağıntılarda bir qədər artım var. Digər parametrlər isə külək, nisbi rütubətdir ki, bu sahədə tədqiqatlar kifayət qədər deyil. Əsas tədqiqatlar temperatur və yağıntılar üzərində aparılır.

Proqnozlaşdırılan iqlim ssenarilərindən bəhs edən şöbə müdiri bildirib ki, iqlimin gələcəkdə necə dəyişməsi, neqativ halların artması atılan karbon qazının miqdarı ilə əlaqədardır: “Sənayeləşmə dövründən başlayaraq atmosferə karbon qazının atılması sürəti artıb. Karbon qazının konsentrasiyası artdığı üçün bu da qlobal istiləşməyə səbəb olur. Həmçinin əsas təzahür kimi Azərbaycanda və digər ölkələrdə temperaturun artması qeydə alınır. Əgər atmosferə atılan parnik qazlarının, o cümlədən karbon qazının konsentrasiyası 30 faiz artarsa, qlobal temperatur 1961-1990-cı illərlə müqayisədə normadan 1.5 dərəcə yüksək olacaq. Daha artıq olarsa, müvafiq olaraq temperaturun daha böyük artımları gözlənilir. Bu da bir sıra hallarda qarşısıalınmaz, geriyədönməz neqativ proseslərin başlanğıcına gətirib çıxara bilər. Paris razılaşmasına əsasən Sazişə qoşulan ölkələr 2030-cu ilə qədər 1990-cı ilin səviyyəsinə nisbətən atmosferə karbon və digər parnik qazlarının atılmasını 35 faiz azaltmalıdır. Burada məqsəd ondan ibarətdir ki, atmosferdə karbon qazının miqdarı azalsın və istiləşmənin qarşısı alınsın. Bu, bir çox dövlətlərdə bu öhdəliyi yerinə yetirmək iqtisadi çətinliklər törədə bilər. Çünki karbon qazının atmosferə atılmasında əsas artım sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədardır. Buna görə də bununla paralel bərpa olunan enerjidən, yəni külək enerjisindən, Günəşin, çayların suyunun enerjisindən istifadə olunmalıdır. Həmin enerji mənbələri atmosferə karbon və digər parnik qazlarının atılmasına səbəb olmur. Bu da dünyanın bir çox ölkələrində tətbiq edilir. Danimarkada bir çox şəxsi mənzilin dam örtüyündə Günəş panelləri quraşdırılıb. Nəticədə insanlar həm özləri həmin enerjidən istifadə edir, həm də artıq qalan enerjini dövlətə satırlar. Azərbaycanda da belə layihələr mövcuddur. Xızı, Qobustan ərazilərində külək turbinlərinin quraşdırılması üzrə layihələr var. Azad edilmiş ərazilərdə Günəş və külək enerjilərindən istifadə edilməsi nəzərdə tutulub. Xəzər dənizi üzərində küləyin enerjisindən istifadə etmək layihələri də işlənməkdədir.

Ozon qatının nazikləşməsi iqlimin dəyişikliyi kimi təhlükəli təzahürlərin əmələ gəlməsi ilə müşayiət olunur

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə, Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması məsələsi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Ozon qatının nazikləşməsi kəskin istiləşmə, quraqlıq, biosferə təsir, iqlimin dəyişilməsi kimi təhlükəli təzahürlərin əmələ gəlməsi ilə müşayiət olunur: “Məlumdur ki, nazik qaz sipəri olan ozon təbəqəsi planetimizi günəşin məhvedici radiasiyasından qoruyur, Yerdə həyatı mühafizə edir. Günəşdən gələn ultrabənövşəyi şüaların 98 faizi məhz ozon təbəqəsi vasitəsilə udulur. Lakin antropogen təsirlər ozon təbəqəsinin nazikləşməsinə gətirib çıxarıb. Flüor, karbon və xlor elementlərindən ibarət freon adlanan maddə ozon təbəqəsini məhv edir. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur. Son 100 ildə planetimizdə orta illik temperaturun 0,8 dərəcəyə qədər artması qlobal istiləşmə problemini yaradıb. Ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın şimal qütbünə yaxın hissəsində qeyd olunur. Stratosferdə ozonun ümumi miqdarının çox olması həyat üçün nə qədər effektli hesab olunursa, troposferdə ozonun miqdarının artması canlı orqanizm üçün bir o qədər zərərlidir. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Yer kürəsinə düşən ultrabənövşəyi şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə okean sularının səviyyəsi 15-17 santimetr artıb. 1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsi keçirilib. Ümumdünya Meteorologiya Təşkilatı qoyulmuş problemin ətraflı elmi xülasəsinin hazırlanmasında və Konvensiya üçün prinsipial əsasların müəyyən edilməsində böyük rol oynayıb. Konvensiya 1985-ci ilin mart ayında 3 illik aktiv danışıqlardan sonra Vyana şəhərində qəbul edilib. 1987-ci ilin sentyabr ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi Protokol imzalanıb. Həmin protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının tənzimlənmə tədbirləri daxil edilib. Azərbaycan Respublikası da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişini qəbul edib. Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan ozondağıdıcı maddələrin (ODM) istifadədən çıxarılması, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilatı strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib. Dövlətimiz ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Azərbaycan bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir”.

İqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşə sahələrinin bərpası və yaşıllıqların artırılmasıdır. Hər il ölkəmizdə minlərlə könüllünün iştirakı ilə kütləvi ağacəkmə aksiyaları keçirilir. Bu ilin sonunadək Azərbaycanda 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Gələcək nəsillər üçün sağlam ətraf mühiti təmin etməyi hədəfləyiriksə, iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə və ətraf mühitin deqradasiyasının qarşısının alınması üzrə birgə səylərimiz çox vacibdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır