İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-sentyabrın 29-30-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 23-28°, dağlıq rayonlarda 15-20° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları fasilələrlə yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 23-28°, dağlıq rayonlarda 13-18° isti olacağı gözlənilir.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı bildirilir.
Paytaxtda hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-27° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]