İsveç Kralı XVI Karl Qustav koronavirusla əlaqədar televiziya vasitəsilə xalqa müraciət edib
Stokholm, 6 aprel, AZƏRTAC
İsveç Kralı XVI Karl Qustav COVID-19 koronavirusu ilə bağlı vəziyyətlə əlaqədar televiziya vasitəsilə xalqa müraciət edib.
AZƏRTAC xəbər verir ki, Kral çıxışında COVID-19 virusunun İsveçdə və bütün dünyada yayılmağa davam etdiyini bildirib. O vurğulayıb ki, insanlar yaranmış vəziyyətdə məsuliyyətli olmalı və fədakarlıq nümayiş etdirməlidirlər. "Bu, ölkəmiz qarşısında hamımızın öhdəliyidir", - deyə o bəyan edib.
XVI Karl Qustav müraciətində həkimlərin gördüyü işin əhəmiyyətini də vurğulayıb. O, virusa qarşı mübarizə aparan insanlara dərin minnətdarlığını bildirərək deyib: "Mən səhiyyəmiz barədə düşünürəm. İndi könüllülər və həkimlər mümkün qədər çox həyat xilas etmək üçün birlikdə işləyirlər. Bu da cəsarət və səbat tələb edən böyük vəzifədir".
Kral, həmçinin vurğulayıb ki, pandemiya İsveç şirkətlərini, iş yerlərini və ölkənin bütün iqtisadiyyatını iflic vəziyyətinə salır. O, Pasxa vaxtı insanların fədakarlığını xatırladaraq deyib: "Pasxa mənim üçün, ölkəmizdə bir çoxları üçün mühüm və səbirsizliklə gözlənilən bir bayramdır. Bu, səyahət etmək, vaxtını ailənlə və dostlarınla keçirmək istədiyin bir dövrdür. Çoxları kilsəyə gedir. Amma bunların bəziləri bəlkə də bu Pasxada mümkün olmadı. Biz vəziyyəti olduğu kimi qəbul etməli, başqa tərzdə düşünməli, özümüzü evdə qalmağa hazırlamalıyıq".
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]