İsveçdə süni intellekt bir neçə peşənin mövcudluğu üçün təhlükə yaradır

Stokholm, 22 aprel, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Almega” işəgötürənlər təşkilatının yeni hesabatına görə, süni intellekt yaxın illərdə ölkənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, İsveçdə bütün peşələrin təxminən üçdə ikisi yeni texnologiyaların təsiri altında dəyişikliklərə məruz qalacaq. Süni intellekt robotları hələ sosial bacarıqlara malik olmasalar da, bir çox işi yorulmadan yerinə yetirməyə qadirdirlər.
Ən böyük riskə xidmət sektorunda olan peşələr - auditorlar, statistiklər, proqramçılar, qrafik dizaynerlər, tibb katibləri və inzibati köməkçilər məruz qalırlar. Bu mütəxəssislər qismən və ya tamamilə generativ süni intellekt alətləri ilə əvəz edilə bilər.
“Almega”nın baş iqtisadçısı Patrik Coysun fikrincə, söhbət peşələrin tamamilə yox olmasından daha çox transformasiyadan gedir. “Süni intellekt mütəxəssisləri əvəzləməyəcək, onları tamamlayacaq. O, funksiyaların yalnız bir hissəsini üzərinə götürə bilər”, - deyə o vurğulayır.
Bir çox şirkətlər artıq süni intellektdən köməkçi alət kimi istifadə etməyə başlayıblar, lakin bu məşğulluq səviyyəsinə hələ əhəmiyyətli təsir göstərməyib.
Tədqiqat ABŞ-ın məlumatlarına əsaslanır, lakin hesabat müəlliflərinin qeyd etdiyi kimi, onun nəticələri İsveçin əmək bazarı üçün də aktualdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [13:08]
Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb
- 14.05.2025 [12:39]
Perunun hökumət başçısı istefa verib
- 14.05.2025 [12:36]
Donald Tramp: İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik
- 14.05.2025 [12:30]
Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər
- 14.05.2025 [12:24]
Fransada həmkarlar ittifaqları ölkə daxilində milli tətil üçün çağırış edib
- 14.05.2025 [12:21]
Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır
- 14.05.2025 [12:14]