İsveçrə Prezidenti istefa verəcəyini elan edib
Vyana, 22 iyun, AZƏRTAC
İsveçrə Konfederasiyasının Prezidenti Alen Berset gözlənilmədən bu ilin sonunda istefa verəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, 51 yaşlı sosial-demokrat hazırkı legislativ müddət başa çatdıqdan sonra Federal Şuranın (hökumətin) üzvlüyünə namizədliyini irəli sürməyəcəyini bildirib.
Alen Berset 2012-ci ildən İsveçrə Federal Şurasının üzvüdür və prezidentliklə bərabər səhiyyə və daxili işlər naziri vəzifəsini də tutur. Federal Şuranın yeddi üzvü nazir vəzifələri ilə yanaşı növbə ilə bir il müddətinə prezident vəzifəsini də həyata keçirirlər.
Siyasətçi Federal Şuradan getmək qərarını 12 illik uzun müddət ilə əlaqələndirib. O, karyerası boyunca heç bir işdə bu qədər uzun müddət çalışmadığını ifadə edib. A.Bersetin Federal Şuradakı postuna təyinat parlamentin hər iki palatasının birgə səsverməsi əsasında baş tutacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]