İSVEÇRƏDƏ İLK METRO STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, Lozanna şəhərində İsveçrədə ilk metro stansiyası istifadəyə verilmişdir.
Yeni stansiyanın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. Stansiya Ruppon meydanı ilə şəhərin mərkəzini birləşdirir.
Əhalisinin sayına görə İsveçrənin ən böyük şəhəri hesab edilən Lozannada son zamanlar nəqliyyat vasitələrinin hərəkəti problemlər yaratmışdır. Hökumət bunun qarşısını almaq məqsədilə metro tikintisinə rəvac vermişdir.
Sürücüsüz hərəkət edən qatarlarla hər il 25 milyon sərnişin daşınması nəzərdə tutulmuşdur. Metronun tam tikintisi ölkəyə 736 milyon isveç frankına ( 460 milyon avroya) başa gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]