İsveçrədə koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb
Bern, 4 aprel, AZƏRTAC
İsveçrə Konfederasiyasında koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb və aprelin 4-də səhər saatlarında 20278 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İsveçrə Federal Səhiyyə İdarəsi yayıb. Lixtenşteyn Knyazlığı ilə statistik göstəricilərin birgə təhlil olunduğu günlük hesabatda İsveçrənin Avropada koronavirus pandemiyasının ən sürətlə yayıldığı ölkələrdən biri olduğu əksini tapıb. Bu ölkədə hər yüz min sakinə 236 yoluxma halı düşür.
İndiyədək 153440 nəfər üzərində test aparıldığı açıqlanan hesabatda ilk yoluxma halının 24 fevral tarixində qeydə alındığı bildirilir.
Ölkənin 26 kantonu arasında ən çox yoluxma halı İtaliya ilə həmsərhəd kantonlarda, xüsusilə də Tessin, Cenevrə, Vaadt kantonlarında və Bazel şəhərində qeydə alınıb. Yoluxanlardan 2272 nəfəri xəstəxana şəraitində, digərləri isə ev şəraitində müalicə alırlar. Xəstəxanaya yatırılan pasiyentlərin 61 faizi kişilər, 39 faizi isə qadınlardan ibarətdir.
Federal Səhiyyə İdarəsinin günlük hesabatında indiyədək 540 nəfərin koronavirus infeksiyası ilə əlaqədar dünyasını dəyişdiyi də qeyd edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:48]
ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək
- 23.06.2026 [12:44]
Moskva vilayətində raket təhlükəsi elan edilib
- 23.06.2026 [12:34]
Yaponiyada ikinci paytaxt şəhəri olacaq
- 23.06.2026 [12:31]
Uralda qasırğa: 16 nəfər xəsarət alıb
- 23.06.2026 [12:26]
“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb
- 23.06.2026 [12:26]
Litva hökuməti istefa verib
- 23.06.2026 [12:19]