İtaliya, Kanada və Belçika liderləri Kiyevə gəlib
Bakı, 24 fevral, AZƏRTAC
İtaliya, Kanada və Belçikanın Baş nazirləri Ciorcia Meloni, Castin Trüdo və Aleksandr de Kroo, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Kiyevə səfər ediblər.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, onların səfəri Rusiyanın Ukraynaya hərbi təcavüzünün ikinci ildönümündə Kiyev ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.
Bir müddət öncə yayılan məlumata görə, Yeddilik Qrupu (G7) ölkələrinin liderləri fevralın 24-də Ukraynaya dəstək haqqında birgə bəyanatı müzakirə edəcəklər. Eyni zamanda, Avropa İttifaqının 27 dövləti Ukrayna üçün döyüş sursatlarının alınması barədə saziş imzalayacaq.
Xatırladaq ki, fevralın 23-də Avropa İttifaqı Rusiya əleyhinə 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Sanksiya siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]