İtaliya kubokunun ikinci finalçısı müəyyənləşib
Bakı, 21 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 20-də futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin daha bir cavab görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci yarımfinalda "Yuventus" və "Fiorentina" komandaları üz-üzə gəlib.
Turindəki "Alyans" stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Oyunda hesabı 32-ci dəqiqədə Federiko Bernardeski açıb. Görüşün 90-cı dəqiqəsində isə Danilo yekun nəticəni müəyyənləşdirib.
"Yuventus" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib. Həlledici qarşılaşmada turinlilər "Milan"ı məğlub edən "İnter" komandası ilə üz-üzə gələcək.