İtaliya millisi dünya çempionatından kənarda qaldı
Bakı, 1 aprel, AZƏRTAC
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində daha iki final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Çexiya Danimarkanı (2:2; p. 3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p. 4:1) penaltilər seriyasında məğlub edərək final mərhələsinə vəsiqə qazanıblar.
Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək mundialda iştirak hüququ əldə ediblər. Bununla da Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]