İtaliya və Macarıstan Baş nazirləri ölkələr arasında münasibətləri müzakirə ediblər
Roma, 15 sentyabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.
AZƏRTAC xəbər verir ki, liderlər Avropa və beynəlxalq məsələləri, eləcə də Roma ilə Budapeşt arasında hazırkı münasibətləri nəzərdən keçirib, Avropanın üzləşdiyi demoqrafik problem fonunda ailə dəyərlərinin vacibliyini vurğulayıblar.
Macarıstana səfəri çərçivəsində “Budapeşt Demoqrafiya Forumu”nda çıxış edən Ciorcia Meloni immiqrasiyanın İtaliya da daxil olmaqla, Avropanın bir çox ölkəsinin üzləşdiyi demoqrafik tənəzzülün həlli yolu olmadığını bildirib.
O qeyd edib ki, mühacirlər tam inteqrasiya olunduqları zaman öz töhfələrini verə bilərlər. Avropa ölkələri bu kimi böhranların həll yollarının tapılmasında daha çox məsuliyyət daşımalıdırlar. Bu baxımdan ailə dəyərləri və təhlükəsizlik İtaliya hökuməti üçün mütləq prioritet məsələlərdəndir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]