İtaliyada “Ndrangheta” mafiya qruplaşmasının üzvü olan 207 nəfərə hökm oxunub
Roma, 22 noyabr, AZƏRTAC
İtaliyada “Ndrangheta” beynəlxalq mafiya qruplaşmasına üzv olan 207 nəfərin məhkəməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 338 müttəhimin mühakimə olunduğu məhkəmə prosesi 1 saat 40 dəqiqə çəkib. Məhkəmənin qərarı ilə 207 nəfərə hökm oxunub. Müttəhimlərə verilən ümumi həbs cəzalarının müddəti 2100 ildən çoxdur.
Prokurorluq təqsirləndirilən şəxslərə qarşı silah və narkotik qaçaqmalçılığı, silsilə qətllər və mütəşəkkil cinayətkar qruplaşmaya üzv olmaq kimi, ümumilikdə, 400 ittiham irəli sürmüşdü.
Bu, 1986-1992-ci illərdə Siciliyada “Cosa Nostra” mafiya təşkilatının üzvü olan 475 nəfərin mühakimə olunduğu məhkəmədən sonra ölkədə son 30 ilin ən böyük məhkəmə işidir.
Qeyd edək ki, İtaliyanın cənubunda ən təhlükəli mütəşəkkil mafiya qruplaşmalarından olan “Ndrangheta” üzrə məhkəmə prosesi 2 il 10 ay davam edib. Bu müddət ərzində ölkədə keçmiş hökumət üzvləri, eləcə də siyasi və iqtisadi sahələrdə yüksək səviyyəli şəxslərin “Ndrangheta” mafiya qruplaşması ilə əlaqələri araşdırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]