İtaliyadakı Etna vulkanı yenidən aktivləşib VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Siciliya adasında hündürlüyü təxminən 3330 metr olan Etna vulkanı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürdüyü külün təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.
İtaliya mətbuatında yer alan xəbərlərdə Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd olunub.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də kül və toz dumanı yayılıb.
Qeyd edək ki, Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]